BMT baş katibi İran-Pakistan sərhədində baş vermiş silahlı insidenti pisləyib

BMT baş katibi İran-Pakistan sərhədində baş vermiş silahlı insidenti pisləyib
# 01 noyabr 2013 10:33 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT baş katibi İran-Pakistan sərhədində baş vermiş silahlı insidenti pisləyib.

APA-nın İSNA-ya istinadən məlumatına görə, BMT-nin baş katibi Pan Gi Mun yaydığı bəyanatda İran sərhədçilərinə qarşı hücumu qınayaraq, hadisə qurbanlarının ailələrinə, bu ölkənin xalqı və hökumətinə başsağlığı verib.

Qeyd edək ki, oktyabrın 25-də gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətində, Pakistanla sərhəddə, Saravan sərhəd-keçid məntəqəsində baş vermiş silahlı qarşıdurma nəticəsində 14 İran sərhədçisi ölüb, 6-sı yaralanıb. Hadisədən bir gün sonra “Ceyşül-Ədl” adlı qrup hücumu öz üzərinə götürüb. Rəsmi Tehran isə bu addıma cavab olaraq oktyabrın 26-da səhər saatlarında terrorçuluqda ittiham olunan 16 məhbusu Zahidan şəhərinin mərkəzi həbsxanasında edam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR