Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üzrə müsabiqəyə start verilib

Gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üzrə müsabiqəyə start verilib
# 22 yanvar 2014 10:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Gənclər və İdman Nazirliyi (GİN) gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üzrə müsabiqəyə start verib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması, gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi, gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi, gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş, özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak, gənclərin hüquqi maarifləndirilməsində iştirak, ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması istiqamətləri üzrə layihələr qəbul ediləcək.

Müsabiqəyə dair bütün məlumatlar Nazirliyin rəsmi internet səhfəsində yerləşdirilib.

Layihələrin qəbulu fevralın 17-də bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR