Məhkəmə jurnalist Xədicə İsmayılın icbari əməyə cəlb olunması barədə qərar verib

Məhkəmə jurnalist Xədicə İsmayılın icbari əməyə cəlb olunması barədə qərar verib
# 10 iyun 2013 15:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. “Azadlıq” radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayıl icbari əməyə cəlb edilib. Bu barədə APA-ya X. İsmayıl özü məlumat verib.

X. İsmayıl deyib ki, yanvar 26-da Bakıda keçirilən “İsmayıllıya dəstək aksiyasında” iştirak etdiyinə görə 400 manat cərimə edilib. Lakin o, cəriməni ödəməkdən imtina edib. Məhkəmə icraçılarının iddiasına əsasən, bu gün Binəqədi rayon məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayıl barəsində 220 saatlıq icbari əməklə məşğul olmaq barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR