® Tarkan Yeni ili Qubada qarşılayacaq!

<font color=red>® </font>Tarkan Yeni ili Qubada qarşılayacaq!
# 05 dekabr 2013 10:30 (UTC +04:00)

Bakı – APA. İlin ən gözlənilən açılışının vaxtı bəlli oldu. Belə ki, dünya şöhrətli 5 ulduzlu «Rixos» otel şəbəkəsinə daxil olan «Rixos Quba Azərbaycan» otelinin açılışı dekabrın 31-də möhtəşəm konsert proqramı ilə qeyd olunacaq.

Bu münasibətlə pop musiqi ikonası, meqa-star Tarkan sevənlərini «Rixos Quba Azərbaycan» otelinə dəvət edir. Yeni ili Qubada, əsrarəngiz performans ilə qeyd edəcək Tarkan repertuarına daxil olan ən sevilən mahnıları dekabrın 31-dən yanvarın 1-nə keçən gecə otelin möhtəşəm səhnəsində ifa edəcək.

Gecədə eksklüziv hava fişəng şousu ilə hovuz başında Yeni İl geri sayım mərasimi, Türkiyənin ən məşhur Dj-i, Burak Yeterin iştirakı ilə səhərə qədər non-stop DJ Party və bir çox digər sürprizlərin olacağı gözlənilir. Yeni, 2014-cü ili Tarkanla «Rixos Quba Azərbaycan» otelinin əsrarəngiz mühitində qeyd etməyə Siz də tələsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR