Bakı sakini hava limanında döyülüb, xeyli miqdarda pulu əlindən alınıb

Bakı sakini hava limanında döyülüb, xeyli miqdarda pulu əlindən alınıb
# 30 yanvar 2014 07:17 (UTC +04:00)

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanında qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Daşqın Əli oğlu Muradov 8-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, hava limanının inzibati binasında 3 nəfər tanımadığı şəxs onu döyərək, 2300 ABŞ dollarını və 2500 manat pulunu alıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR