Azərbaycanda hüquqi şəxslərə verilən dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti məhdudlaşdırılır

Azərbaycanda hüquqi şəxslərə verilən dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti məhdudlaşdırılır
# 05 dekabr 2013 12:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının etibarlılıq müddəti ilə bağlı qaydalar sərtləşdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilir.

Dəyişikliyə əsasən, bu çıxarışın etibarlılıq müddətinə məhdudiyyət qoyulur və dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti 90 gün olaraq müəyyənləşdirilir.

Layihə bu sessiya Milli Məclisdə müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR