“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb - FOTO

“Bakı haqqında etüdlər” foto-albomu işıq üzü görüb - <span style="color: red;">FOTO
# 04 oktyabr 2013 12:57 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri - “Bakı haqqında etüdlər” foto-albomu çapdan çıxıb.

APA-nın məlumatına görə, bu nəşr iki il öncə işıq üzü görmüş “Bakı haqqında 20 etüd” foto-albomunun yeniləşdirilmiş və təkmilləşdirilmiş variantıdır.

Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən, oxucuların və paytaxtımızın qonaqlarının böyük marağına səbəb olan həmin foto-albom peşəkarlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, foto-albom Azərbaycan Nəşriyyatçılar və Poliqrafiyaçılar Birliyinin Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr etdiyi I Ümumrespublika “Kitab sənəti” müsabiqəsinin əsas mükafatına layiq görülüb. Nadir tapılan nəşrə çevrilməsi foto-albomun yeni variantını hazırlamaq zərurətini meydana çıxarıb.

Nəfis tərtibatla “Şərq-Qərb” mətbəəsində çap olunan foto-albomda Azərbaycan paytaxtının tarixi və bu günü fotolar və lakonik mətnlər vasitəsilə oxuculara çatdırılır. Foto-albomda tanınmış Azərbaycan fotoqrafları ilə yanaşı, Fabrizio Giraldi (İtaliya), Aleksandr Belenkiy (Rusiya), Vitaliy Yevdokimov (Özbəkistan) kimi xarici fotoqrafların foto-şəkilləri yer alıb.

Nəşrin ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR