Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçirilib - FOTOSESSİYA - VİDEO

Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 oktyabr 2013 14:00 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Oktyabrın 4-də Şabran rayonunun Pirəmsən kəndi ərazisində inşa olunan Şahdağ Milli Parkının İnzibati Bina Kompleksinə baxış keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxışda ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Şabran rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov, nazirliyin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Şahdağ Milli Parkının yaradılmasında məqsəd ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin və torpağın münbit qatının qorunub saxlanılmasıdır.

Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının yeni İnzibati Bina Kompleksi İnzibati binadan, Ekoturizm Mərkəzindən və Milli Parkın yerləşdiyi Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ rayonlarının müvafiq ərazilərində tikilmiş nəzarət-buraxılış məntəqələrindən ibarətdir.

Parkda turistlər üçün treninqlər keçirilir, onların xüsusi geyim və avadanlıqlarla təchizi, həmçinin atla və kvadrasikllarla gəzintisi təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR