Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisində faciə baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb - YENİLƏNİB

Bakı-Tiflis-Qars dəmiryol xəttinin tikintisində faciə baş verib, bir nəfər ölüb, iki nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 20 oktyabr 2013 17:49 (UTC +04:00)

Hadisə Türkiyənin Qars vilayətinin Arpaçay rayonunun Göyərçin kəndində baş verib.

Dəmiryolunun keçəcəyi tunelin inşaası zamanı əvvəlcədən hazırlanmış beton piltələrin bağlandığı dəmir qırılıb.

Beton piltənin altında qalan 2 fəhlədən biri- 23 yaşlı Bünyamin Arslantaş ölüb, digəri 27 yaşlı Gökhan Tunçsoy və iş yoldaşlarını xilas etməyə çalışan, 33 yaşlı Mustafa Özen isə yaralanıblar.

Yaralılar Qars Dövlət Xəstəxanasına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR