Azərbaycan iş adamları Rusiyada keçiriləcək foruma dəvət olunur

Azərbaycan iş adamları Rusiyada keçiriləcək foruma dəvət olunur
# 13 yanvar 2014 13:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rusiyada «Kalininqrad vilayətinin tərəfdaş regionları» adlı VI beynəlxalq forum keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, forum bu ilin iyun ayında Kalininqrad şəhərində baş tutacaq.

Kalininqrad vilayəti ilə əməkdaşlıqda maraqlı olan qurumlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları və iş adamları Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR