Lerikdə 2 otaqlı ev yanıb

Lerikdə 2 otaqlı ev yanıb
# 12 iyun 2014 23:26 (UTC +04:00)

Bakı-APA. Lerikdə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Veri kəndində (rayon mərkəzindən 38 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə, evin dam örtüyünün yanar konstruksiyaları və evin dam örtüyünə yığılmış 2,5 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR