Tanınmış yazıçı-jurnalist Şamil Xurşudun 80 yaşı tamam olur

Tanınmış yazıçı-jurnalist Şamil Xurşudun 80 yaşı tamam olur
# 17 fevral 2014 14:25 (UTC +04:00)

Bakı-APA. Tanınmış yazıçı-jurnalist, mərhum Şamil Xurşudun (Fərzəliyev) 80 yaşı tamam olur.

APA-nın xəbərinə görə, Şamil Fərzəliyev bir müddət Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində, “Azərbaycan gəncləri” qəzetində və “Kirpi” jurnalında baş redaktor işləyib. Onun “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Sakitlik olmayacaq” kitabları çoxlarına tanışdır.

Şamil Xurşud həm də “Sən tək deyilsən”, “Məhəbbət novellası”, “Yaz yağışı”, “Qvardiya, irəli”, “Sevinc”, “Yol ayrıcında”, Mirzə Şəfi Vazehin həyatına həsr etdiyi “Bəxtiyar deyil” səhnə əsərləri və televiziya tamaşaları ilə yadda qalıb.

Qeyd edək ki, Şamil Xurşud 1934-cü ildə Ucar rayonunda anadan olub. Valideynləri 1918-ci il hadisələri zamanı Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçüblər.

Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyandan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlayıb. Ali təhsilini başa vurandan sonra Moskvanın İctimai Elmlər Akademiyasında təhsil alıb. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıdıb. Şamil Xurşud 52 yaşında dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR