Təhsil Nazirliyi: Ali məktəblərdə yekun dövlət attestasiyasından keçməyən şəxslərə növbəti 4 ildə 2 dəfə attestasiyadan keçmək üçün şərait yaradılır

Təhsil Nazirliyi: Ali məktəblərdə yekun dövlət attestasiyasından keçməyən şəxslərə növbəti 4 ildə 2 dəfə attestasiyadan keçmək üçün şərait yaradılır
# 26 fevral 2014 07:41 (UTC +04:00)

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, bununla yanaşı həmin şanslardan istifadə etməyən şəxslər “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalar”a uyğun olaraq ali təhsil müəssisəsinə bərpa olunmaq və həmin şansı təkrar qazanmaq hüququna malikdirlər.

Qeyd olunub ki, fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Tələbə bəzi hallarda ali təhsil müəssisəsindən xaric edilir. Bunlara isə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda daxildir.

Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsil alma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR