Azərbaycanda gənclərlə bağlı vahid psixoloji-sosial müşayiət sistemi yaradılacaq

Azərbaycanda gənclərlə bağlı vahid psixoloji-sosial müşayiət sistemi yaradılacaq
# 21 yanvar 2014 10:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda gənclər arasında zərərli vərdişlərin profilaktikasını həyata keçirən, eləcə də müxtəlif səbəblərdən (işsizlik, yaxın adamın itkisi, sağlamlıq imkanlarının məhdudiyyəti, qaçqın, köçkün, miqrant, cəzaçəkmə müəssisəsindən azad olmuş, HİV/AİDS-ə yoluxmuş və s.) böhran vəziyyətində olan gənclərə psixo-sosial və hüquqi dəstəyin göstərilməsi üçün məsləhət, yönləndirmə və dəstək sistemi yaradılacaq.

APA-nın məlumatına görə, bu, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə nəzərdə tutulan və Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan gənclərinin İnkişaf Strategiyası: 2013-2023-cü illər” layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, müasir çağırışlar hər bir gəncin özünü şəxs və vətəndaş kimi dərk etməsi, mütəxəssis kimi formalaşması üçün gənclərin vahid və davamlı psixoloji-sosial müşayiət etmə sisteminin qurulmasını tələb edir. Bu sistem əlaqələndirilmiş şəkildə mərkəzi və yerli özünüidarə orqanları tərəfindən, gənclərin qeyri-hökumət təşkilatları və başqa hüquqi təşkilatların iştirakı ilə formalaşdırılır, dövlətin normativ sənədlərində əks olunacaq və həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR