Baş nazir yenidən Azərbaycan Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib

Baş nazir yenidən Azərbaycan Dövlət Neft Fondu Müşahidə Şurasının sədri seçilib
# 26 iyul 2013 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın baş naziri, Fondun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda ARDNF-in 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2012-ci il büdcəsinin icrası məsələlərinə baxılıb.

Müşahidə Şurası Neft Fondunun icraçı direktorunun təqdim etdiyi Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-in 2012-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun («Ernst&Young» şirkəti) hesabatına baxaraq onları məqbul hesab edib və Fondun 2012-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim etmək barədə qərar qəbul edib.

Baş nazir A.Rasi-zadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR