Bakıda 45 yaşlı kişi intihar edib

Bakıda 45 yaşlı kişi intihar edib
# 16 sentyabr 2013 14:05 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda 45 yaşlı kişi özünü öldürüb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan, 45 yaşlı Nəcəf Xanquliyev yaşadığı ünvanda özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR