Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb

Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb
# 18 sentyabr 2013 15:37 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlət başçısına məlumat verib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən “Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri və rayonun Qırmızı qəsəbə, Mirzəməmmədkənd və Timiryazev kəndlərində 46 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Quba Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilib.

Azərbaycan prezidenti və xanımı Mehriban Əliyeva idarənin binasında yaradılmış şəraitlə tanış olublar.

Məlumat verilib ki, ümumi sahəsi 1150 kvadratmetr olan binada müasir tələblərə cavab verən “SCADA” idarəetmə mərkəzi yaradılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır.

Diqqətə çatdırılıb ki, Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına maliyyələşdirilib və işlər 22 ay müddətində başa çatdırılıb. Layihəyə əsasən, Quba şəhərini və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçilib. Suyun özüaxmlı nəqli nəzərə alınaraq şəhərin şimal hissəsində Qudyalçayın məcrasında 2435 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilib. Su mənbəyindən paylayıcı anbara qədər ümumi uzunluğu 6450 metr olan iki paralel magistral su xətti çəkilib.

Əhalini fasiləsiz su ilə təmin etmək üçün Quba şəhərində relyef baxımından ən yüksək ərazidə ümumi tutumu 14 min kubmetr olan dörd anbar tikilib. Layihə çərçivəsində Quba şəhərində ümumi uzunluğu 190 kilometr olan paylayıcı su şəbəkəsi yaradılıb, 9525 ünvana ev birləşmələri verilib, 8900 abunəçi “smart-kart” sayğacı ilə təmin olunub.

Layihəyə uyğun olaraq Quba şəhərində 216 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılmış və bütün ünvanlar şəbəkəyə qoşulub. Hazırda şəhərdə toplanan tullantı suları mövcud kollektorlar vasitəsilə axıdılır. Gələcəkdə tullantı suları Xaçmaz şəhəri yaxınlığında inşa ediləcək, sutəmizləyici qurğuya ötürüləcək.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basıb. Bununla, Quba şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR