Zərdab fermerlərinə yeni kombaynlar verilib

Zərdab fermerlərinə yeni kombaynlar verilib
# 24 aprel 2014 10:27 (UTC +04:00)

Zərdab. Zahid Abışov – APA-Economics. Zərdabda fermerlərə 9 ədəd yeni Almaniya və Finlandiya istehsalı kombayn verilib.

Rayon İcra Hakimiyyətindən (İH) “APA-Economics”in yerli bürosuna verilən məlumata görə, “Aqrolizinq” ASC-nin Zərdab aqroservis filialında olan kombaynların fermerlərə təqdim olunması münasibətilə mərasim təşkil olunub.

Mərasimdə çıxış edən İH başçısının birinci müavini Allahverdi Səfərov müasir texnika alan məhsul istehsalçılarını təbrik edib və bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyi Zərdab rayonunda da öz müsbət nəticələrini göstərir. Əkin dövriyyəsinin və taxıl istehsalının, toxumçuluq təsərrüfatlarının ilbəil artması, müasir kənd təsərrüfatı texnikalarının alınması bu qayğının bariz nümunəsidir.

Qeyd edilib ki, ötən il Zərdabda 47 097 ton taxıl istehsal olunub ki, bu da 2012-ci illə müqayisədə təxminən 9 min ton artıqdır. 2014-cü ildə isə 18 034 hektarda arpa və buğda əkilib. “Yeni kombaynların fermerlərə verilməsi taxıl yığımına öz mühüm töhfəsini verəcək”, - deyə A. Səfərov bildirib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR