İranda biri Əfqanıstan vətəndaşı olmaqla 5 nəfər edam edilib

İranda biri Əfqanıstan vətəndaşı olmaqla 5 nəfər edam edilib
# 23 iyun 2014 08:13 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Cənubi Xorasan vilayətində 5 nəfər edam edilib.

APA-nın verdiyi məlumata görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

Onlardan yalnız birinin ad və soyadı açıqlanıb. Bu da iki ildir Bircənd şəhərinin mərkəzi həbsxanasında edam ediləcəyi günü gözləyən Əfqanıstan vətəndaşı Moləvi Əhimullahdır.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 19-da gecə saatlarında icra edilib. Ancaq bu edamlarla bağlı İran rəsmi mətbuatı və müvafiq orqanları heç bir məlumat dərc etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR