Suriya-İraq sərhədində baş vermiş partlayış nəticəsində azı 30 terrorçu ölüb

Suriya-İraq sərhədində baş vermiş partlayış nəticəsində azı 30 terrorçu ölüb
# 15 iyun 2014 00:37 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

“Mayadin şəhərində yerləşən silah bazarında güclü partlayış baş verib. Nəticədə 30 silahlı ölüb, onlarla terrorçu yaralanıb”, deyə məlumatda bildirilir.

İlkin məlumata görə, partlayışı “İraq və Levanta İslam Dövləti” qruplaşmasının üzvləri törədib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR