Oktyabrda Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi artıb

Oktyabrda Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi artıb
# 07 noyabr 2013 15:35 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin oktyabr ayı ərzində Ceyhan limanından 2 414 780 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında deyilir.

Bu göstərici ötən ilin oktyabrla müqayisədə 19,9% çoxdur. Qeyd edək ki, həcmin 1 639 991 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Eyni zamanda yanvar-oktyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 24 357 746 ton olub ki, bu da illik müqayisədə 0,4% azdır. Ümumiyyətlə, BTC istismara verilən gündən 2013-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 228 024 400 Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR