ANAMA-nın nümayəndələri Küveytdə seminara qatılacaqlar

ANAMA-nın nümayəndələri Küveytdə seminara qatılacaqlar
# 04 dekabr 2013 12:38 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələri Küveytdə keçirilən beynəlxalq seminarda iştirak edəcəklər. Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.

Humanitar Minatəmizləmə üzrə Cenevrə Beynəlxalq Mərkəzinin (GICHD) dəstəyi ilə «Ərəb dünyasında mina və partlamamış hərbi sursatların ətraf mühitə təsiri» mövzusunda keçiriləcək seminar dekabrın 10-da başlayacaq və iki gün davam edəcək.

Seminarda Azərbaycanı ANAMA-nın əməliyyat meneceri Samir Poladov və Təlim, Təhsil və Keyfiyyətin Təminatı Qurumunun rəhbəri Elnur Qasımov təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR