Sabah Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçiriləcək

Sabah Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının ilk iclası keçiriləcək
# 13 may 2013 08:07 (UTC +04:00)

Bakı-APA. Sabah Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının I iclası keçiriləcək. Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. İki gün davam edəcək iclasda Azərbaycan tərəfindən komissiyanın həmsədri, xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edəcək.

Qeyd edək ki, 2010-cu il sentyabrın 3-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədlərin dəqiqləşdirilməsini nəzərdə tutan saziş imzalanıb. Sənədə əsasən, sərhəd xətti keçmiş Azərbaycan SSR və Dağıstan MSSR arasında mövcud olan sərhədlə üst-üstə düşür. Rusiya Azərbaycanın dövlət sərhədi haqqında saziş imzaladığı ilk ölkədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR