Azərbaycanın iqtisadiyyat və sənaye naziri Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi ilə görüşüb - FOTO

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi ilə görüşüb - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 07:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Fransa parlamentinin deputatları, bir sıra regionlarının rəhbərləri, eləcə də Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş katibi Federiko Kasteluççinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin uğurla davam etdiyini, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulayıb. Bildirilib ki, Fransada Azərbaycan Evinin, Azərbaycanda fransız liseyinin açılması ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcək.

Fransa və Azərbaycanda keçirilən şərabçılıq festivalları iş adamları arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir. Bu yaxınlarda Gəncədə Şərab Festivalının keçiriləcəyini xatırladan nazir belə tədbirlərə marağın artdığını, sərgi, təqdimat və biznes forumların ikitərəfli əlaqələrin inkişafında müsbət rolunu qeyd edib. Ş.Mustafayev iki ölkə arasında ticarət əlaqələrində məhsulların çeşidinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə nazir Ş. Mustafayev Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb.

Görüşdə iştirak edən Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Fransa parlamentinin senatoru Juel Qağyo-Melam iki ölkələ arasında əlaqələrin inkişaf etdiyini, iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, iqtisadi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR