Ərdoğanın şaxtaçını təpikləyən müşaviri işdən çıxarılıb

Ərdoğanın şaxtaçını təpikləyən müşaviri işdən çıxarılıb
# 24 may 2014 13:28 (UTC +04:00)

Bakı-APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müşaviri Yusuf Yerkel vəzifəsindən çıxarılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, 3 ildir baş nazirin müşaviri olan Y. Yerkelin mayın 21-də işdən çıxarıldığı bəlli olub.

Qeyd edək ki, Y.Yerkel 301 şaxtaçının həyatını itirdiyi Somada Ərdoğanın maşın karvanı keçərkən ona etirazını bildirən və buna görə polis tərəfindən saxlanılaraq yerə yatırılan şaxtaçını təpikləməklə gündəmə gəlib.

Y.Yerkelin bu hərəkətinə baş nazirin müavini Bülənd Arınc etirazını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR