Sabah Azərbaycan ərazisində hava şəraiti mülayimləşək, yağıntı kəsiləcək - YENİLƏNİB

Sabah Azərbaycan ərazisində hava şəraiti mülayimləşək, yağıntı kəsiləcək - <span style="color: red;">YENİLƏNİB
# 24 oktyabr 2013 09:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 8-10, gündüz 15-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da oktyabrın 25-də hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 25-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, oktyabrın 26-27-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR