Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini İranın energetika naziri ilə görüşüb

Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini İranın energetika naziri ilə görüşüb
# 04 noyabr 2013 10:55 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Ermənistanın energetika və təbii ehtiyatlar nazirinin müavini Ara Simonyan Moskvada İranın energetika naziri Həmid Çitçian ilə görüşüb.

APA-Economics”in “Armenia Today”ə istinadən xəbərinə görə, görüşdə energetika sahəsində ölkələrarası münasibətlərin inkişaf prespektivləri müzakirə olunub.

H.Çitçian qeyd edib ki, neft, qaz və elektrik enerjisi sahəsində İran-Ermənistan münasibətlərinin inkişafı üçün böyük potensial olduğunu vurğulayıb.

Öz növbəsində A.Simonyan rəsmi İrəvanın Tehranla münasibətlərin inkişafına böyük önəm verdiyini və Həsən ruhaninin prezidentliyi dövründə ikitərəfli əlaqələrin inkişaf edəcəyinə inandığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR