Azərbaycanın mədəniyyət və turizm naziri Londonda keçirilən nazirlər sammitində iştirak edib - FOTO

Azərbaycanın mədəniyyət və turizm naziri Londonda keçirilən nazirlər sammitində iştirak edib - <span style="color: red;">FOTO
# 07 noyabr 2013 09:14 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Londonda keçirilən “World Travel Market-2013” beynəlxalq turizm sərgisi çərçivəsində Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatına üzv ölkələrinin nazirlər sammiti keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, toplantıda nazir Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Nazir Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə, eləcə də Xorvatiya, Litva, Özbəkistan, İraq və Makedoniyanın turizm sahəsinə rəhbərlik edən nazirləri ilə görüşüb, fikir mübadiləsi aparıb. Daha sonra mədəniyyət və turizm nazirinin Səudiyyə Ərəbistanı Krallığının Turizm və Qədim Abidələr üzrə Ali Komissiyasının rəhbəri Sultan bin Salman bin Abdulaziz Əl Saudla və Argentinanın turizm naziri Karlos Enrike Meyerlə təkbətək görüşləri olub. Söhbət zamanı gələcəkdə ölkəmizlə adıçəkilən ölkələr arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Qeyd edək ki, London sərgisində Azərbaycandan Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, 12 turizm şirkəti və 4 mehmanxana təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR