APA-nın məlumatın görə,
A. Tağıyev əlavə edib ki, Cəmil Həsənli və Hafiz Hacıyev arasında baş verən bu konflikt zamanı Seçki Məcəlləsinin və qanunvericiliyin tələbləri pozulub, münaqişə zamanı debatda iştirak etməyən digər namizədin də ünvanına təhqiramiz ifadələr səslənib: “Burada münaqişəyə aidiyyəti olmayan dövlət başçısı İlham Əliyevin də ünvanına kəskin ifadələr səsləndirilib. Həmçinin, sübut göstərilmədən Cəmil Həsənli tərəfindən prezident İlham Əliyevin adı iqtisadi cinayətkarlıqda hallandırılıb. Bununla yanaşı, Hafiz Hacıyev tərəfindən digər namizəd Cəmil Həsənliyə butulka atılıb. Hər iki namizəd tərəfindən yol verilən bu hərəkətlər, seçki məsələsinə aid olmayan məqamların - ailə məsələlərinin qabardılması yolverilməz hesab edilir”.
İTV-nin departament rəhbəri Mehparə Quliyeva təmsil etdiyi qurumun mövqeyini açıqlayıb və deyib ki, İTV belə hərəkətləri pisləyir: “Cəmil Həsənli öz vaxtından 6 dəqiqə artıq istifadə edib. Əlbəttə biz debatda ailə məsələlərinin müzakirəsinin tərəfdarı deyilik. Toxunulmazlığı qanunvericiliklə qorunan prezidentin ünvanına əsassız ittihamların İTV-də yayımlanan debatda nümayiş etdirilməsi qəbul edilməzdir”.
O, namizədləri debat mədəniyyətinə əməl etməyə çağırıb.
A. Tağıyev Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini Əli Əhmədovun
Almaz Qəhrəmanlı isə deyib ki, debatda bu cür xoşagəlməz halların yaranmasının səbəblərini doğuran hallar olub. Onun sözlərinə görə, bu hallar araşdırılmalıdır.
Mövzu ilə bağlı aparılan müzakirələrin yekunu olaraq, qərara alınıb ki, debatda baş verənlərə
Həmçinin Mətbuat Qrupu prezidentliyə namizədləri belə hərəkətlərə yol verməməyə çağırıb.