«Azər-Türk Bank» müştərilərə turizm istehlak kreditləri təklif edir - FOTO

«Azər-Türk Bank» müştərilərə turizm istehlak kreditləri təklif edir - <span style="color: red;">FOTO
# 27 mart 2014 09:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda son illər səyahət edən şəxslərin sayının artması ilə əlaqədar olaraq «Azər-Türk Bank» ASC illik 18% dərəcəsi ilə turizm istehlak kreditləri təklif edir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, səyahət etmək istəyənlər «Azər-Türk Bank»ın filiallarından birinə lazımi sənədlərlə yaxınlaşıb turizm krediti üçün müraciət edə bilərlər.

Turizm krediti barəsində www.azerturkbank.biz/PrivateTourismLoans.html linkindən daha ətraflı məlumat əldə etmək, yaxud (012) 945 nömrəsi ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bank fiziki və hüquqi şəxslərə geniş çeşidli xidmətlər göstərməklə Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdə əhəmiyyətli rol oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR