“Azərsu”: Regionlarda əhalinin 55%-i, Bakıda 78%-i fasiləsiz içməli su ilə təmin olunub - FOTO

“Azərsu”: Regionlarda əhalinin 55%-i, Bakıda 78%-i fasiləsiz içməli su ilə təmin olunub - <span style="color: red;">FOTO
# 05 iyun 2014 14:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Su təsərrüfatı sektorunda ötən 10 ilin ən böyük hadisəsi Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin tikilib istismara verilməsi olub. Bu kəmər paytaxtın su təminatında ciddi dönüş yaradıb. Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun və Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi həyata keçirilib.

“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bunu qurumun sədri Qorxmaz Hüseynov su təsərrüfatı işçilərinin peşə bayramında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bölgələrin içməli su təchizatının təmin olunması məqsədi ilə Külüllü və Şirvan-Muğan qrup su kəməri layihələri həyata keçirilib.

“Şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrin icrasına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda əhalinin 55%-i, Bakı şəhərində 78%-i fasiləsiz içməli su ilə təmin olunub. Bütün bu nailiyyətlərin əldə olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri vardır”, - deyə Q. Hüseynov bildirib.

Qeyd edək ki, su təsərrüfatı sahəsində səmərəli fəaliyyətlərinə görə “Azərsu”nun 19 əməkdaşı fəxri adlar və medallarla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR