Ermənilər atəşkəsi pozmaqda davam edirlər

Ermənilər atəşkəsi pozmaqda davam edirlər
# 13 oktyabr 2013 07:32 (UTC +04:00)

Bakı – APA. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

Füzuli rayonunun Aşağı Əbdulrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR