Vergilər naziri Sabirabadda vətəndaşları qəbul edib - FOTO

Vergilər naziri Sabirabadda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 24 aprel 2014 09:21 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Vergilər naziri Fazil Məmmədov Sabirabadda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, qəbul bu gün Sabirabadda Heydər Əliyev Mərkəzində keçirilib. Qəbulda Sabirabadla yanaşı, Saatlı, Salyan və Hacıqabul rayonlarından olan vətəndaşlar da iştirak edib. Vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş nazirə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub, digər müraciətlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR