Avstriya altı ay ərzində Avropa Şurası Nazirlər Komitəsində edəcəyi sədrliyin əsas prioritetlərini açıqlayıb

Avstriya altı ay ərzində Avropa Şurası Nazirlər Komitəsində edəcəyi sədrliyin əsas prioritetlərini açıqlayıb
# 27 yanvar 2014 17:44 (UTC +04:00)

APA-nın Strasburqa ezam olunmuş müxbirin verdiyi məlumata görə, xarici işlər naziri əvvəlcə ölkənin bu altı ay ərzində edəcəyi sədrliyin əsas prioritet məsələlərini açıqladı. O bildirib ki, özü cavan nəslin nümayəndəsi kimi, sədrlik müddətində onun təmsil etdiyi ölkə məhz gənclərə böyük diqqət yetirəcək: “Eyni zamanda bizim ölkəmizin prioritetləri ifadə azadlığını təmin etmək, internetdə hüquqların müdafiə edilməsi və insan alveri ilə mübarizə olacaq. Biz eyni zamanda dünyada insanların ölümə məhkum edilməsinin ləğv edilməsi məsələsinə də diqqət yetirəcəyik. Mən sizinlə sıx çalışmaq niyyətindəyəm”.

Daha sonra S.Kurts AŞPA üzvlərin suallarına cavab verib. Ukrayna ilə bağlı verdiyi suala cavab verən Avstriya xarici işlər naziri deyib ki, məsələ siyasi yolla çözülməlidir və insanların ifadə hüquqları təmin olunmalıdır.

Avropanı hazırda ən narahat edən məsələlərdən biri olan miqrantların miqrasiyası və onların tez-tez İtaliya sahilləri yaxınlığında dənizdə həlak olması ilə bağlı məsələyə şərhini bildirən S.Kurts bunu insan faciəsi adlandırıb: “Biz bu məsələdən xeyli narahatıq. Televiziyada gördüyümüz kadrlar çox dəhşətlidir. Biz müvafiq təşkilatlarla əməkdaşlıq edərək həmin şəxslərin əsas hüquqlarını qorumalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR