Bakıda iri ticarət mərkəzi tikilir

Bakıda iri ticarət mərkəzi tikilir
# 31 oktyabr 2013 13:29 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhərinin mərkəzində yeni iri ticarət mərkəzi tikilir. Yeni ticarət mərkəzi üç mərtəbədən ibarət olacaq. Bu barədə «APA-Economics»ə layihəni həyata keçirən «Avesta» Konserninin rəhbəri İbrahim Nehrəmli məlumat verib.

Onun sözlərinə görə, hazırda tikintisi aparılan ticarət obyekti paytaxtın Nərimanov rayonu ərazisində yerləşir.

«Bu, bizim quruda həyata keçirdiyimiz iri layihələrdən biridir. Ticarət obyektinin inşası 4 hektar ərazidə aparılır», - deyə İ.Nehrəmli bildirib.

Onun sözlərinə görə, ticarət mərkəzi 2015-ci ildə tam şəkildə hazır olacaq və istismara veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR