«Sazz 4G» internet provayderi müəllimlər üçün hədiyyə kampaniyası keçirir

«Sazz 4G» internet provayderi müəllimlər üçün hədiyyə kampaniyası keçirir
# 03 oktyabr 2013 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Sazz 4G» simsiz internet provayderi 5 oktyabr - Müəllimlər Günü münasibətilə Azərbaycanda təhsil sahəsinin işçiləri üçün xüsusi hədiyyə kampaniyası keçirir.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 5-dən etibarən 10 gün ərzində «Sazz 4G» abunəçisi olmaq istəyən bütün müəllim və təhsil işçilərinə «Sazz» provayderindən hədiyyə təqdim olunacaq. Belə ki, onlar müqavilə imzalayıb bir aylıq abunə haqqını ödədikdə pulsuz USB modem əldə edəcəklər.

Hədiyyə kampaniyasından faydalanmaq istəyən təhsil işçiləri «Sazz Internet» satış məntəqələrinə müraciət edib şəxsiyyət vəsiqələrini və təhsil sisteminin işçisi olduqlarını təsdiq edən sənədi təqdim etməlidir.

Kampaniya «Sazz 4G» provayderinin Süleyman Rüstəm küçəsi,9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün «Sazz 4G» satış məntəqələrini əhatə edir. Satış məntəqələrinin tam siyahısı ilə www.sazz.az saytında tanış olmaq mümkündür. «Sazz 4G» satış məntəqələri həftənin 7 günü, o cümlədən rəsmi bayram günlərində də müştərilərə xidmət göstərir.

Hazırda «Sazz» internet xidməti Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində göstərilir. Bu yaxınlarda «Sazz 4G» internetin əhatə dairəsinə daha 11 şəhər və rayon daxil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR