Bakı. Cavid Zeynallı - APA. Heydər Əliyev Sarayında dünya şöhrətli fransız müğənnisi Patrisiya Kaasın konserti olub. APA-nın məlumatına görə, konsertin aparıcısı, şoumen Murad Dadaşov bildirib ki, P. Kaas dünya turnesinin sonuncu konsertini Bakıda verir.
Daha sonra səhnəyə çıxan P. Kaas Bakıda konsert proqramı ilə çıxış etməkdən məmnun olduğunu bildirib: "Çox sağ olun ki, bu gecə mənimlə bir yerdəsiniz. Bu gün öz repertuarımla yanaşı əfsanəvi Edit Piafın mahnılarını da oxuyacağam.Ümid edirəm, Edit Piafın xatirəsinə həsr olunan bu konsert sizin ürəyinizcə olacaq. Mən Editi çox sevirəm və onun xatirəsini hər zaman qəlbimdə əziz tuturam".
Müğənninin təklifi ilə tamaşaçılar Edit Piafın xatirəsini ayaq üstə yad ediblər.
Qeyd edək ki, konsert “Baku Events”ın təşkilatçılığı ilə baş tutub.
Heydər Əliyev Sarayında Patrisiya Kaasın konserti olub - VİDEO
29 may 2014 22:21 (UTC +04:00)
Şou-biznes
İsveçrə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub - YENİLƏNİB
02:49
12 may 2024
“Avroviziya-2024”də bütün finalçılar bəlli olub
01:39
10 may 2024
Türkiyəli müğənni Kalben saxlanılıb
14:29
8 may 2024
Azərbaycan təmsilçiləri “Avroviziya-2024”də mübarizəni dayandırıb - YENİLƏNİB
01:28
8 may 2024