Yevlax-Aran-Mingəçevir magistral yolunda baş vermiş yol qəzasında 2 nəfər ağır xəsarət alıb

Yevlax-Aran-Mingəçevir magistral yolunda baş vermiş yol qəzasında 2 nəfər ağır xəsarət alıb
# 14 dekabr 2013 22:27 (UTC +04:00)

Mingəçevir. Zahid Abışov – APA. Yevlax-Aran-Mingəçevir magistral yolunda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA – nın yerli bürosunun məlumatına görə, 1948-ci il təvəllüdlü Məhəmməd Behbudovun idarə etdiyi “Mercedes” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Nəticədə “Mercedes” in sürücüsü və sərnişini - 1955 – ci il təvəllüdlü Zahid Muxtarov müxtəlif bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR