Azərbaycan Rusiya və Türkiyəyə metanol satacaq

Azərbaycan Rusiya və Türkiyəyə metanol satacaq
# 14 sentyabr 2013 07:43 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. “Azərbaycanda tikilən ilk Metanol Zavodunda ildə 720 min ton metanol istehsal olunacaq. Hələ ki, ölkənin metanola olan tələbatı çox deyil, təxminən 20 min ton ətrafındadır. Lakin yaxın 3-5 il ərzində bu tələbat 200 min tona qalxa bilər”. Bunu “APA-Economics”ə Azərbaycan Metanol şirkətinin (AzMeCo) direktorlar şurasının sədri Nizami Piriyev deyib.

Onun sözlərinə görə, daxili bazarda bu artım gələcəkdə metanoldan xammal kimi istifadə edildikcə, yeni fabriklər tikildikcə baş verəcək. N. Piriyev bildirib ki, hazırda əsas məqsəd metanolun xaricə ixrac olunmasıdır: “Metanolun alqı-satqısı və marketinqi BP şirkətləri ilə razılaşma əldə etmişik. Bu anlaşmaya görə, Azərbaycanda nə qədər metanol istifadə olunursa, yerli tələbat ödəndikdən sonra qalan hissəni “BP” şirkəti bizdən alıb dünya bazarında satacaq. Logistik cəhətdən əsas ixrac Avropa ölkələri, Poti limanı vasitəsilə Gürcüstan, Qazaxıstan, Türkmənistana satmaq bizə daha sərfəlidir. Rusiyanın da metanol istehsal etməsinə baxmayaraq, hazırda biz onlardan ildə 50 min ton metanol sifarişi almışıq. Öz növbəsində, Türkiyəyə ildə 100 min tondan artıq metanol satılması nəzərdə tutulub”.

Qeyd edək ki, Metanol Zavodunda İngiltərənin "Johnson Matthey” şirkətinin "ICI” texnologiyası tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR