Krım Tatar Milli Məclisi başqanının dünən dünyasını dəyişən atası dəfn edilib - FOTO

Krım Tatar Milli Məclisi başqanının dünən dünyasını dəyişən atası dəfn edilib - <span style="color: red;">FOTO
# 31 mart 2014 13:55 (UTC +04:00)

APA-nın Krıma ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, dəfn mərasimi Abdurrahman Çubarovun yaşadığı, Simferopolun 130 kilometrliyində yerləşən Privolnaya kəndində keçirilib. Cənazə onun yaşadığı evdən qaldırılıb və kənddə dəfn edilib.

Vida mərasimində rəsmi şəxslər, Krımda yaşayan xalqların, o cümlədən Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Qeyd edək ki, Abdurrahman Çubarovun meyiti dünən Ukrayna vaxtı ilə saat 16 radələrində yaşadığı evdə tapılıb.

Bu barədə APA-ya R. Çubarovun yaxınları məlumat verib. Onların bildirdiklərinə görə, 84 yaşlı A. Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Privolnaya kəndində yaşayıb.

Hüquq-mühafizə orqanları A. Çubarovun ölümünün səbəbini araşdırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR