AMEA alimləri BTC boyu ərazilərdə seysmik təhlükə ilə bağlı vəziyyəti öyrənib

AMEA alimləri BTC boyu ərazilərdə seysmik təhlükə ilə bağlı vəziyyəti öyrənib
# 19 fevral 2014 08:56 (UTC +04:00)

AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədqiqatlar yer qabığının vertikal və horizontal hərəkətləri, həmçinin qruntun dinamik xüsusiyyətlərinin tədqiqi üzərində aparılıb. Bu məqsədlə nivelirləmə və qravimetrik ölçmələrdən istifadə edilib, boru boyu yerləşən 4 seysmik stansiyada zəlzələlər qeydə alınıb.

Tədqiqatlar “bp” şirkətinin dəstəyi ilə “BTC boru kəməri boyunca və ətraf ərazilərin geodinamik monitorinqi” adlı layihə çərçivəsində aparılıb.

Layihənin rəhbəri, institutun Geodinamika və seysmologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov bildirib ki, bəzi süxurlar zəlzələnin riskini və gücünü artırmaq qabiliyyətinə malikdir. Bütün bu tədqiqatlar həmin təhlükələrin qiymətləndirilməsinə köklənib: “2008-ci ildən indiyə qədər görülmüş işlərin nəticəsində demək mümkündür ki, neft kəmərinin keçdiyi ərazilərdə geodinamik aktivlik daim mövcuddur, lakin hazırda boruya zərər yetirə biləcək təhlükə müşahidə olunmur”.

F. Qədirov tədqiqatların davam etdirilməsinin zəruri olduğunu və hazırda yeni layihənin təqdim edildiyini bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR