AFFA “Araz-Naxçıvan” klubuna lisenziya verib

AFFA “Araz-Naxçıvan” klubuna lisenziya verib
# 15 may 2014 14:32 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda 2014/2015 mövsümündə Topaz Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə baxılıb.

Komissiya “Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klubların Lisenziyalaşdırılması üzrə qaydaları"nın 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra məsələylə bağlı qərar verib. Qurum avrokuboklarda çıxış etmək üçün lisenziya ala bilməyən 4 Premyer Liqa klubundan başqa, yalnız “Araz-Naxçıvan”ın müraciətini müsbət dəyərləndirib.

UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar isə avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqasında çıxış etmək hüququ əldə edib. Buna nail olan AZAL, "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci" ilə yanaşı, daha 5 klub yüksək dəstədə çıxış edə bilər.


Bunlar "Bakı", “Rəvan”, “Simurq”, “Sumqayıt” və I divizionun çempionu “Araz-Naxçıvan” bu hüquqa malikdir. Digər aşağı dəstə təmsilçiləri "Ağsu", “Kəpəz”, "Qaradağ Lökbatan", “Neftçala”, “Şuşa” və “Turan-T” isə Premyer Liqa arzusu ilə vidalaşıb.

Bu isə o deməkdir ki, komandaların sayının 12-yə çatdırılması isə bağlı ehtimallar doğrulmayacaq. Aşağı dəstəyə heç bur klubun yuvarlanmayacağına ümid edənlərin gümanları da boşa çıxacaq. Çünki yeni mövsümün 11 komanda ilə keçirilməsi heç inandırıcı deyil.

Qeyd edək ki, lisenziya ala bilməyən klublar 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə şikayət verə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR