Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən mobil telefon götürülüb

Bakı İstintaq Təcridxanasında saxlanılan şəxsdən mobil telefon götürülüb
# 29 noyabr 2013 13:55 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Pentiensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Rəşad İntiqam oğlu Əliyevin kamerasına və üzərinə baxış keçirilib. R. Əliyevin şalvarının cibindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR