Azərbaycanda tikinti xərcləri indikatoru artıb

Azərbaycanda tikinti xərcləri indikatoru artıb
# 20 dekabr 2013 13:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2013-cü ilin noyabr ayı üzrə 85,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, oktyabrda həmin indikator 82,5%, sentyabrda isə 116,9% olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Göründüyü kimi, artıma baxmayaraq, indikator hələ də mənfi zonada qalıb. İndikatorun 100%-dən aşağı olması isə bu investisiyaların aylıq müqayisədə azalmasını göstərir:

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir və tikinti sahəsində fəallığı, burada maliyyə vəsaitlərinin axını kimi amilləri əks etdirir.

Ümumilikdə, yanvar-noyabr ayları ərzində mənzil tikintisinə 1 082,8 mln. manat həcmində investisiya qoyulub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 6,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR