Hüseyn Bağırov Gəncədə vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Gəncədə vətəndaşları qəbul edəcək
# 04 noyabr 2013 16:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 15-də Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbulda Gəncə şəhərində, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarında yaşayan vətəndaşlar da iştirak edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR