“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti UNESCO Dünya İrsi Komitəsinin növbəti sessiyasına qatılıb - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndə heyəti UNESCO Dünya İrsi Komitəsinin növbəti sessiyasına qatılıb - <span style="color: red;">FOTO
# 26 iyun 2014 16:45 (UTC +04:00)

Bakı-APA. Qətər Əmirliyinin paytaxtı Doha şəhərində UUNESCO Dünya İrsi Komitəsinin 38-ci sessiyası keçiriliB. Tədbirdə iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi amir Nuriyev başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində UUNESCO Dünya İrsi Mərkəzinin rəhbərliyi, habelə Dünya İrsi Komitəsinin bir çox üzv ölkələrinin rəsmiləri və ekspertləri ilə ikitərəfli görüşlər keçirib, İçərişəhərin qorunması və idarə olunması ilə bağlı fikir mübadiləsi aparıb.

İdarədən APA-ya verilən məlumata görə, keçirilmiş görüşlərdə Azərbaycan hökumətinin İçərişəhərin qorunmasında son bir neçə il ərzində ciddi irəliləyişlər əldə etdiyi vurğulanıb, Dünya İrsi Obyekti olan İçərişəhərin gündəlik səmərəli idarə olunmasının təşkili, konservasiya üzrə baş plana əsasən bərpa və konservasiya layihələrinin yüksək peşəkarlıqla həyata keçirilməsi və "canlı tarix" yanaşmasının uğurla tətbiq olunması yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasını Komitənin iclasında İdarənin, habelə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyinin, UNESCO üzrə Milli Komissiyanın rəsmiləri təmsil edib.

Sessiyanın gündəliyinin əhatə etdiyi bir çox məsələlərlə yanaşı, 2000-ci ildə Dünya İrsi siyahısına daxil olmuş İçərişəhərin konservasiyası üzrə hesabatı da nəzərdən keçirilib. Dünya İrsi Komitəsinin İçərişəhərlə bağlı qəbul etdiyi qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun idarə edilməsi və konservasiyası sahəsində Azərbaycan dövlətinin atdığı addımlar və əldə olunmuş irəliləyiş müsbət dəyərləndirilib, abidələr kompleksinin qorunması, konservasiyası və "canlı şəhər" konsepsiyasının tətbiqi sahəsində müvafiq idarəetmə alətlərinin təkmilləşdirilmə işlərin davam etdirilməsi tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR