Rusiyanın daxili işlər naziri: “Cəmiyyətdə millətçi duyğuların inkişafı ekstremistlərin fəaliyyəti üçün münbit şərait yaradır”

Rusiyanın daxili işlər naziri: “Cəmiyyətdə millətçi duyğuların inkişafı ekstremistlərin fəaliyyəti üçün münbit şərait yaradır”
# 30 oktyabr 2013 09:20 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Cəmiyyətdə millətçi duyğuların inkişafı ekstremistlərin fəaliyyəti üçün münbit şərait yaradır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Federasiya Şurasında çıxışı zamanı deyib. O bildirib ki, belə olanda məişət zəminində baş verən hər hansı bir cinayət və ya münaqişə etiraz aksiyalarına, yaxud kütləvi davaya səbəb olur: “Moskvanın Qərbi Biryulevo rayonunda baş verən hadisələr, insanların etiraz aksiyası keçirməsi buna misaldır. Rayon sakinlərinin qətlə yetirilənin ailəsinə dəstək olmaq arzusu və yerli hakimiyyətdən narazılığı təxribatçılar tərəfindən istifadə olundu”.

Nazir ekstremist fəaliyyətə maliyyə ayıranların cinayət məsuliyyətinə cəlb olunmasını da təklif edib: “Bu kimi halların qarşısını onları maliyyələşdirənləri cinayət məsuliyyətinə cəlb etməklə almaq olar. Ona görə də sizdən xahiş edirəm ki, ekstremist fəaliyyəti maliyyələşdirənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsini qəbul edəsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR