Elçin Hüseynbəylinin “Azıx” romanı nəşr olunub - FOTO

Elçin Hüseynbəylinin “Azıx” romanı nəşr olunub - <span style="color: red;">FOTO
# 14 yanvar 2014 08:02 (UTC +04:00)

Bakı-APA. Yazıçı Elçin Hüseynbəylinin “Azıx” romanı nəşr olunub.

Yazıçının APA-ya verdiyi məlumata görə, “Qələm” nəşriyyatında çap olunan roman ironik üslubda qələmə alınıb, roman içində roman, yaxud roman-əfsanə kimi də oxuna bilər.

Əsərdə Azıxla bağlı əfsanə də paralel xətt kimi verilir.

“Vətənpərvər azərbaycanlılara həsr olunur” epiqrafı ilə başlanan əsərin girişində müəllif bunları qeyd edib: “Azıx mağarası barədə roman yazdığımı eşidən ziyalı qardaşlarımızdan biri mənə qəribə söz dedi: “Yəqin, romanda sübut edəcəksən ki, orada tapılmış alt çənə sümüyü azərbaycanlıya məxsusdur…”

Təsəvvür edirsiniz!? Eramızdan 350 min il əvvəl…özü də azərbaycanlı?..”

E. Hüseynbəyli deyib ki, “Azıx”ı Bakının kitab mağazalarından almaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR