ABŞ səfirliyi Azərbaycandakı seçkilərlə əlaqədar öz vətəndaşlarına müraciət edib   

ABŞ səfirliyi Azərbaycandakı seçkilərlə əlaqədar öz vətəndaşlarına müraciət edib   
# 09 oktyabr 2013 13:05 (UTC +04:00)

Səfirlik böyük qarışıqlıqlar gözləmədiyini açıqlasa da, ABŞ vətəndaşlarına diqqətli olmağı tövsiyə edib

Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-ın Azərbaycandakı səfirliyi ölkədəki ABŞ vətəndaşları üçün təhlükəsizliklə bağlı məlumat yayıb. APA-nın səfirliyin saytına istinadən verdiyi xəbərə görə, ABŞ vətəndaşlarının nəzərinə çatdırılıb ki, 9 oktyabr seçkiləri zamanı və nəticələrin elan olunmasından sonra Azərbaycanda nümayişlər keçirilə bilər.

Açıqlamada qeyd edilir ki, ilkin nəticələr seçki məntəqələrinin qapanmasından sonra, rəsmi nəticələr isə oktyabrın 23-nə qədər elan olunacaq: “ABŞ səfirliyi böyük qarışıqlıq gözləməsə də, ABŞ vətəndaşları ətrafda baş verənlər, seçki zamanı və sonra öz şəxsi təhlükəsizlikləri haqda daim məlumatlı olmalıdır. Hətta dinc niyyətli nümayiş belə konfrontasiyaya və zorakılığa çevrilə bilər”.

ABŞ vətəndaşlarına tövsiyə olunur ki, nümayişlər keçirilən yerlərdən uzaq dursunlar və kütləvi tədbirlərin, etiraz aksiyalarının yaxınlığında olarkən ehtiyatı əldən verməsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR