Xalq artistlərinin bir-birinə qarşı şikayəti təmin edilməyib

 Xalq artistlərinin bir-birinə qarşı şikayəti təmin edilməyib
# 01 noyabr 2013 12:09 (UTC +04:00)

İ. Quliyevanın vəkili Şəfiqə Nağıyevanın APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyevaya qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. İddiada İ. Quliyeva N. Dostəliyeva tərəfindən şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərər vurulduğunu söyləyib. İddiaçı cavabdehdən maddi zərərə görə 200 min, mənəvi zərərə gör 500 min manat tələb edib. Lakin məhkəmə iddianı qismən təmin edərək N. Dostəliyevanın 50 min manat cərimə olunması barədə qərar çıxarıb. Həmin qərarla razılaşmayan N. Dostəliyeva isə apellyasiya şikayəti verib.

İ. Quliyeva da cərimənin məbləği ilə razılaşmayaraq məhkəmə qərarından apellyasiya şikayəti verərək, həmin məbləğin artırılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR